Vətən də, millət də, dövlət də torpaqdan başlanır. Tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirmək, süni surətdə Ermənistan dövləti yaratmaq ermənilərin yeritdiyi təcavüzkar siyasətin tərkib hissəsini təşkil edirdi. Yaxın keçmişimizin olayları nəticəsində, vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Ermənistanda yaşayan azərbaycanlıların öz tarixi etnik torpaqlarından deportasiya olunması ermənilərin iki əsrlik tarix boyunca həyata keçirdiyi siyasətin davamı idi.
İşğaldan Azad Olunan Abidələrimiz
Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
1. Daş qutu nekroloqu - tunc dövrü (Xocalı şəhəri, Əsgəran dağı)
2. Nekropol - ilk tunc və orta tunc dövrü (Xankəndi şəhərinin cənubunda)
3. Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı şəhəri)
4. Küp qəbirləri nekropolu - ilk orta əsrlər (Xankəndi şəhəri ərazisində)
5. Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.
1. İNV N: 4725 İkitağlı körpü – XVII əsr (Abdallar kəndi)
2. İNV N: 4753 Birtağlı körpü - XVIII əsr (Zabux kəndi)
3. İNV N: 310 Ağoğlan qəsri - IX əsr (Kosalar kəndi)
4. İNV N: 4728 Soltan Əhməd sarayı (Sultanlar kəndi)
5. INV N: 4727 Həmzə Sultan sarayı - 1761-ci il (Sultanlar kəndi)
#QarabağAzərbaycandır
Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz kəndləri, 16-da Xırmancıq, Ağbulaq, Axullu kəndləri, 20-də Ağcakənd, Mülkidərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir.
23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.
Ağdam rayonu — Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.
Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Şuşa — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində, Şuşa şəhər inzibati ərazi dairəsində şəhər. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.
Zəngilan rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.
Sübutlar
Deyilənə görə, Qarabağ xanı Pənahəli xan bir dəfə Bərdə xanına qonaq olur. O da qonağın şərəfinə ov təşkil edir. Onlar tərifli Qarabağ atlarını minib uca dağlara, sxx meşələrə doğru ova çıxırlar. Bu dağlardan, qayalardan ətrafa tamaşa edən Pənah xan öz-özünə deyir: "Bura nə gözəl yerdir. Buranın nə təmiz, saf, aydın havası var. Yer-yurd elə bil ki, şüşədir. Uzaqdan hər şey ayna kimi parıldayır. Burada bir şəhər salmaq lazımdır".
1924-cü ilin əvvəllərində qəza mərkəzi kimi Abdallar poçtu və Qarikaha kəndinin üstündə, Laçın dağının yamacındakı maili düzənlikdə bu yaşayış məntəqəsinin bünövrəsi qoyulmuşdur. Laçın şəhərinin əvvəlki adı Abdallar olmuşdur. Yaşayış məntəqəsi dağın adı ilə əlaqədar olaraq Laçın adlandırılmışdır.
Ağdam toponiminin izahına müxtəlif prizmalardan yanaşan araşdırıcılar var. Ağdam toponimini əsasən rəng mənasında işlənən ağ komponenti və qədim türk dillərində vaxtilə mövcud olmuş, amma müasir Azərbaycan dilində müvafiq leksik anlamı saxlanılmayan tam/dam ("qala", "qala divarı". "möhkəmləndirilmiş kiçik yer') termini ilə izah edirlər. Bu anlamda toponim "ağ qala", "ağ rəngdə qala divarları". "möhkəmləndirilmiş kiçik ərazi" mənalarını ifadə edir.
Qubadlı oykonimi qubadlı tirəsinin adındandır. 1823-cü ilə aid olan bir mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdır. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi general P.S.Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəy adlı birinə vermişdir...
Tədqiqatçıların verdikləri Ümumi məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Ağdərə sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Ağdərə toponimi ağ (kiçik", "qısa", "dayaz". "çox da dərin olmayan" və s. mənalarda) və dərə ("çay yatağı", "çayın axdığı yer", "iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə olan uzun, dərin çuxur" və s. mənalarda) komponentlərindən ibarətdir. Toponim "kiçik çay yatağı", "çox da dərin olmayan çuxur" mənalarını ifadə edir.