Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Qarabağ xan sarayı

8 may 1992

Qarabağ xan sarayı

Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xannın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır.

Davamına Bax
Azıx mağarası

2 oktyabr 1992

Azıx mağarası

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Davamına Bax
Gəncəsər monastırı

2 aprel 1993

Gəncəsər monastırı

Gəncəsər — keçmiş Ağdərə rayonunun (indiki Kəlbəcər) Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991-1994-cü illər Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Davamına Bax
Xan qızı Natəvanın sarayı

8 may 1992

Xan qızı Natəvanın sarayı

Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.

Davamına Bax
Məlik Əjdər türbəsi

18 may 1992

Məlik Əjdər türbəsi

Məlik Əjdər Türbəsi və ya Cicimli Türbəsi – Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir.

Davamına Bax
Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

23 iyul 1993

Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir:

    "Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir"
Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.
 

Davamına Bax
Müqəddəs Yelisey monastırı

Aprel 1994

Müqəddəs Yelisey monastırı

Müqəddəs Yelisey kompleksi — Murovdağın ətəyində, Tərtər rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Davamına Bax
Şahbulaq qalası

23 iyul 1993

Şahbulaq qalası

Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.

Davamına Bax
Yuxarı Gövhər ağa məscidi

8 may 1992

Yuxarı Gövhər ağa məscidi

Yuхarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Davamına Bax
Aşağı Gövhər ağa məscidi

8 may 1992

Aşağı Gövhər ağa məscidi

Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Davamına Bax
Xudavəng monastırı

2 aprel 1993

Xudavəng monastırı

Xudavəng monastırı — Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Elmi mənbələrdə həm də Dadivəng və Xutavəng kimi qeyd edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş prof. G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.

Davamına Bax
Əsgəran qalası

26 fevral 1992

Əsgəran qalası

Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.

Davamına Bax
Şuşa Qalası

8 may 1992

Şuşa Qalası

Şuşa qalası — Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırmışdır. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülmüşdür.

Davamına Bax
Cəbrayıl: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

18 avqust 1993

Cəbrayıl: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1.    11 tağlı Xudafərin körpüsü - XI-Xıı əsrlər (Cəbrayıl rayonu)
2.    15 tağlı Xudafərin körpüsü - XIII əsr (Cəbrayıl rayonu)
3.    Nifalı kurqanları - tunc dövrü (Xudayarlı kəndi)
4.    Ağoğlan nekropolu - ilk orta əsrlər (Cəbrayıl şəhəri)
5.    Karxulu kurqanları və yaşayış yeri - tunc dövrü (karxulu kəndi)

Davamına Bax
Füzuli: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

23 avqust 1993

Füzuli: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1.    Qarabulaq kurqan çölü - tunc dövrü (Füzuli şəhərindən şimal-qərbdə)
2.    Günəştəpə yaşayış yeri - e.ə. II-I minilliklər (Köndələn çayının sağ sahilində)
3.    Qaraköpəktəpə yaşayış yeri - e.ə. IV əsr - e.ə. I əsr (Köndələn çayının sağ sahilində)
4.    Zərgərtəpə yaşayış yeri - tunc dövrü (Zərgər kəndi)
5.    Şəkərcik yaşayış yeri - tunc dövrü (Şəkərcik kəndi)

Davamına Bax
Xocalı rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

26 fevral 1992

Xocalı rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. Daş qutu nekroloqu - tunc dövrü (Xocalı şəhəri, Əsgəran dağı)
2. Nekropol - ilk tunc və orta tunc dövrü (Xankəndi şəhərinin cənubunda)
3. Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı şəhəri)
4. Küp qəbirləri nekropolu - ilk orta əsrlər (Xankəndi şəhəri ərazisində)
5. Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

Davamına Bax
Xocavənd: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

2 oktyabr 1992

Xocavənd: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

Azıx mağara düşərgəsi - paleolit
Tağlar mağara düşərgəsi- paleolit dövrü

1.    Nərgiztəpə yaşayış yeri - ilk və orta tunc dövrü (Xocavənd şəhərindən şərqdə)
2.    Nekropol - son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi)
3.    Tağlar mağarası - daş dövrü (Tağlar kəndi)
4.    Alban məbədi - 1170-ci il (Hadrut Qəsəbəsi)
5.    Alban məbədi - 1147-ci il (Məmmədzor kəndi)

Davamına Bax
Kəlbəcər rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

2 aprel 1993

Kəlbəcər rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. INV N: 200    Alban məbədi - 500-cü il (Həsənriz kəndi)
2. INV N:           Alban məbədi - V-IX əsrlər (Vəng kandi)
3. INV N:           Alban məbədi - V-VII əsrlər (Çərəkən kəndi)
4. INV N: 270    Alban məbədi - 614-cü il (Kolatağ kəndi)
5. INV N: 269    Müqəddəs Yaqub kilsəsi - 635-ci il (Kolatağ kəndi)

Davamına Bax
Kəlbəcər: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

2 aprel 1993

Kəlbəcər: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1.    Qayaüstü təsvirlər - ilk və orta tunc dövrü (Qırmızı dağın ətəyində)
2.    Yaşayış yeri - ilk və orta tunc dövrü (İstisu qəsəbəsi)
3.    Dovşanlı nekropol - son tunc və ilk dəmir dövrü (Dovşanlı kəndi)
4.    Balıqqaya nekropolu - son tunc və ilk dəmir dövrü (Sırxavənd kəndinin şərqində)
5.    Zar mağara düşərgəsi - paleolit  (Zar kəndinin qərb tərəfində)

Davamına Bax
Qubadlı rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

31 avqust 1993

Qubadlı rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. INV N: 1146   Mağara məbədi - IV əsr (Gavur dərəsi)
2. İNV N: 1455   Mağara məbədi – XIV əsr (Əliquluuşağı kəndi)
3. İNV N: 4713   Məbəd - XV-XVI əsrlər (Məmər kəndi)
4. İNV N: 4714   Məscid qalıqları - XV-XVI əsrlər (Xələc kəndi)
5. INV N: 4709   Məscid - XVIII əsr (Yusifbəyli kəndi)

Davamına Bax
Qubadlı: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

31 avqust 1993

Qubadlı: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Xırman yeri yaşayış yeri - son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi)
2. Koroğlu qalaçası - son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
3. Qalaça – son tunc və ilk dəmir dövrü (Əliquluuşağı)
4. Sığınacaq - IV əsr (Əliquluuşağı)
5. Mal təpəsi - son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi)

Davamına Bax
Laçın rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

18 may 1992

Laçın rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. İNV N: 4725   İkitağlı körpü – XVII əsr (Abdallar kəndi)
2. İNV N: 4753   Birtağlı körpü - XVIII əsr (Zabux kəndi)
3. İNV N: 310    Ağoğlan qəsri - IX əsr (Kosalar kəndi)
4. İNV N: 4728   Soltan Əhməd sarayı (Sultanlar kəndi)
5. INV N: 4727   Həmzə Sultan sarayı - 1761-ci il (Sultanlar kəndi)

Davamına Bax
Laçın: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

18 may 1992

Laçın: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Daş qutu - dəmir dövrü (Abdallar kəndi)
2. Kurqan-dəmir dövrü (Cicimli kəndi)
3. "Qızqəbri" kurqanı - dəmir dövrü (Cicimli kəndi)
4. Kurqan-dəmir dövrü (Cicimli kəndi)
5. Kurqan - tunc dövrü (Ziyrik kəndi)

Davamına Bax
Şuşa rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

8 may 1992

Şuşa rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. INV N: 1770 Kurqan - tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində)
2. İNV N: 1771 Şuşa və Şuşakənd daş qutusu qəbirləri - son tunc və ilk dəmir dövrü (Şuşa şəhərinin yaxınlığında)
3. İNV N: 1772 Şuşa mağara düşərgəsi - daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində)
4. INV N: 1773 Şuşa daş qutusu nekropolu - dəmir dövrü (Qarabulaq kəndi)
5. INV N: 1774 Nekropol - son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi)

Davamına Bax
Şuşa: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

8 may 1992

Şuşa: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri

1. Kurqan - tunc dövrü (Şuşa şəhərinin şimal-qərbində)
2. Şuşa və Şuşakənd daş qutu qəbirləri - Son tunc və ilk dəmir dövrü (Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığında)
3. Şuşa mağara düşərgəsi - daş dövrü (Şuşa şəhərinin cənubunda, Daşaltı çayının sol sahilində)
4. Daş qutu nekropolu - dəmir dövrü (Qarabulaq kəndi)
5. Nekropol - son tunc və ilk dəmir dövrü (Dolanlar kəndi)

Davamına Bax
Zəngilan rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

29 oktyabr 1993

Zəngilan rayonu ərazisində dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin adlı siyahısı

1. INV N:      Səkkizguşəli türbə - XIV əsr (Məmmədbəyli kəndi)
2. INV N:      Alban kilsəsi - (Yeməzli kəndi)
3. İNV N:      Alban məbədi - (Xanazor kəndi)
4. INV N:      Məscid XVII – XVIII əsrlər (Zəngilan qəsəbəsi)
5. INV N: 394  Sərdabə - XIII əsr (Şərikan kəndi)

Davamına Bax

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.