Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Aşağı Gövhər ağa məscidi


Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məcididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. 

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir.


Tarixi

Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. Birinci ad onun Yuxarı Gövhər ağa məscidi ilə müqayisədə coğrafi yerləşməsini, ikinci ad isə onun Cümə məscidi ilə müqayisədə ölçülərini bildirir. E. Avalov bildirir ki, 1855 -ci ilin baş planına əsasən Aşağı məscidin ölçüəri həqiqətən də Yuxarı məscidin ölçülərindən kiçik olmuşdur.

Aşağı məscidin əsas girişi şimal-qərb istiqamətdə yerləşir və onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə üst-üstə düşür. Bu baxımdan Aşağı məscid kompleksinin həlli Yuxarı məscid kompleksinin kiçildilmiş formasını xatırladır. Lakin, əsas fasadı qarşısında yaxşı planlaşdırılmış Meydan olan Yuxarı məsciddən fərqli olaraq, Aşağı məscidin əsas fasadı küçənin genişləndirilməsi nəticəsində meydana çıxan və planlaşdırılmamış sahə vardır.

1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır.


Memarlıq xüsusiyyətləri

Şuşanın eyni memarlıq-planlaşdırma prinsipi əsasında inşa edilmiş hər iki cümə məscidi hazırda demək olar ki, eyni ölçülərə malikdir: Yuxarı məscid planda 26.5x21.5 metr, Aşağı məscid isə 22.2x23.7 metr ölçüyə malikdir.

İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır. Kərbəlayi Səfixan Qarabaği inşa etdiyi binaların bir çoxunun əsas fasadında əksər hallarda Şahbulaq məscidində olduğu kimi yarımdairəvi tağlı daş arkadalardan istifadə etmişdir.

Məscidin üç nefli iki otaqlı ibadət zalı planda kvadrat formasına malik olmaqla 19.62x17.74 metr ölçüyə malikdir. İbadət zalı çatmatağ tavan və beş gümbəzlə örtülmüşdür. Tavanın kompozisiya mərkəzi dörd oxvari tağ üzərində dayanan 5 metr diametrə malik oxvari günbəzlə vurğulanmışdır.

Şimaldan cənuba uzanan əsas ox yarımsferik oxvari apsida ilə tamamlanır. Apsidanın mərkəzində stalaktitlərlə bəzədilmiş mehrab yerləşir. Məscidin ikinci mərtəbəsində uzunu boyunca yanlarda qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Pəncərə yerləri şuavari tağ formasında həll edilmişdir.

Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Belə memarlıq-planlaşdırma həllinin seçilməsi təsadüfi olmayıb, cənubda meydanın olması ilə əlaqəlidir. Əsas fasadın yerləşdiyi şimal tərəfdə isə geniş meydan və ya baxış nöqtəsi yoxdur.

Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilməklə hörülmüşdür. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməmişdir, yalnız həndəsi formada yazılmış “Allah” ifadəsi burulan lent kimi kərarlanır. Oxşar ornament həlli Azərbaycan memarlığında geniş yayılmaqla Bərdə imamzadəsi, Şeyx Səfi türbəsi, Naxçıvan imamzadəsi və Gəncə imamzadəsinin minarələrində də rast gəlinir.
 

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.