Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Azıx mağarası


Azıx mağarası

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.


Mağaranın kəşfi

1918-1953-cü illərdə Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji kəşfiyyat və qazıntı işləri zamanı ölkə ərazisinin qədim keçmişinə aid yüzlərlə maddi mədəniyyət abidələri qeydə alınmışdır. Lakin həmin abidələr içərisində Daş dövrünə aid heç bir arxeoloji abidə qeydə alınmamışdır. Hətta 1881-ci ildə Tiflis şəhərində keçirilən V Arxeoloji Qurultayda Zaqafqaziya və o cümlədən Azərbaycan ərazisində ibtidai insan düşərgələri olmadığı haqqında qərar çıxarılmışdır.

1950-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan ərazisində Daş dövrü abidələrinin öyrənilməsi üçün xüsusi plan hazırlamışdır. Bu plana uyğun olaraq, 1953-cü ildə Daş dövrü üzrə görkəmli alim S.N.Zamyatnin SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutu tərəfindən Bakıya dəvət olunmuşdur. 1953-cü ilin payızında Azərbaycan Elmlər Akademiyasında Paleolit dövrü üzrə ilk dəfə olaraq arxeoloji kəşfiyyat işlərinə başlanmışdır. S.Zamyatninlə birlikdə M.Hüseynov 1953-cü il noyabrın 1-dən 30-dək Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonları ərazisində arxeoloji kəşfiyyat işləri aparmışlar. 1953-cü ilin payızında Damcılı düşərgəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı tapılmış arxeoloji və paleontoloji tapıntılar burada Daş dövrü insanlarının məskunlaşmasını söyləməyə imkan vermişdir.

Azərbaycan Respublikası ərazisində Daş dövrü düşərgələrini müəyyən etmək məqsədilə 1956-cı ildə Elmlər Akademiyasının Tarix muzeyində M. M. Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olundu. 1956-1958-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində arxeoloji qazıntı işləri apardı.

1958-ci ilin yay fəslində M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində kəşfiyyat işləri aparmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Daş dövrünə aid yeni bir düşərgə qeydə alınmışdır. Mağara düşərgəsi Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında olduğu üçün ona Daşsalahlı mağarası adı verilmişdir. Aparılan arxeoloji qazıntılar zamanı Daşsalahlı mağara düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların orta Paleolit dövründə hazırlandıqlarını söyləmək olmuşdur.

1958-ci ilin iyul ayında SSRİ EA-nın Qafqaz arxeoloji ekspedisiyası qısamüddətli kəşfiyyat işləri zamanı rayonun Yuxarı Salahlı kəndi yaxınlığında Mustye mədəniyyətinə aid açıq düşərgə qeydə almış və oradan əmək alətləri tapmışdı.

1960-cı ilin iyun-iyul aylarında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağ ərazisində kəşfiyyat işləri aparmışdır. Kəşfiyyat işləri Qarabağın Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdır. Aparılan arxeoloji kəşfiyyat işləri zamanı Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınmışdır.

Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m, çayın müasir yatağından 100–120 m yüksəklikdə, Füzuli şəhərindən 16 km aralıda yerləşir.

Azıx qədim insan düşərgəsində aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar ancaq Azərbaycan alimləri iştirak edirdilər. Lakin sonralar çoxtəbəqəli paleolit düşərgəsində aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi, burada kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılmasını gərəkliyini ortaya çıxardı. Ona görə də Azıx paleolit düşərgəsində arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleoantropoloqlar və digər elm sahələrinin mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar.

Azıxda elmi tədqiqatlar aparan M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, N.Ş.Şirinov, Ə.Q.Cəfərov, A.A.Veliçko, S.D.Əliyev, M.B.Süleymanov və başqa alimlərin fəaliyyəti nəticəsində Paleolit dövrünün ayrı-ayrı inkişaf mərhələlərinə aid zəngin elmi materiallar aşkar edilmişdir.


Azıxantrop

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M.M.Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.

Professor Dəmir Hacıyevin Azıxdan tapılmış çənə üzərində apardığı elmi araşdırmalar zamanı məlum olmuşdur ki, çənə quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitikantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insana məxsus çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıx mağara düşərgəsindən tapılmış çənə avstralopitek tipli adamlardan fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında xüsusi yer tutur. Fiziki tipinə görə Azıx düşərgəsindən aşkar edilmiş çənə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq azıxantrop, yəni Azıx adamı adı verilmişdir.

Professor D.V.Hacıyev apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, çoxtəbəqəli Azıx paleolit düşərgəsinin V təbəqəsindən tapılmış ibtidai insan çənəsi Azərbaycan ərazisində ən qədim insana məxsus olub, 350-400 min il bundan əvvəl bu ərazidə yaşamış 18-22 yaşlı qadının çənəsidir.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: