Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi


Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir:

    "Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir"
Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərir.


Memarlıq xüsusiyyətləri

Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun özünəməxsus bir şəkildə həll edilməsidir.

Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir.

Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xarcindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir.Xaçındərbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.

Xaçındərbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan düzəldilmə örtükdür.

Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aranmemarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur.


Adının tarixi

Türbənin inşaatı 15 iyul 1314-cü ildə tamamlanmışdır. Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhurlaşaraq kəndin adını da "Xaçın + türbə(t) + li" müəyyənləşdirmişdir.


Quruluşu

Qutlu Xacə Musa oğlu türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki yerləşgə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.

Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.Xaçındərbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: