2008-ci ildən fəaliyyət göstərən “Vəfa” Ziyalı Qadınlar İctimai Birliyi ölkədə qadın hərəkatının, qadın problemlərinin, müasir cəmiyyətdə qadınların yeri, mövqeyi, vəziyyəti, qayğılarının və eləcə də beynəlxalq qadın hərəkatının inkişafına xidmət edən layihələr hazırlayaraq həyata keçirmiş, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmişdir. Birlik ölkədə iqtisadi, sosial inkişaf və gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edərək, iqtisadiyyat, o cümlədən sahibkarlıq və informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində qadınların maarifləndiriməsinə köməklik göstərmişdir.