Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Xocavənd


İşğal olunmuşdur 1992-cü il 2 oktyabr
Ərazisi 1458 km2 Əhalisinin sayı 9011
Şəhid olmuşdur 145. Əlil olmuşdur 48

Erməni işğalçıları tərəfindən dağıdılmış,yandılmış və talan olunmuşdur:
Mədəni – məişət obyekti 75 
Qəsəbə və kənd 19 
Tarixi abidə 15 

Xocavənd rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocavənd şəhəridir. 2 oktyabr 1992-ci il tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin oktyabr ayının 9-da rayonun Hadrut qəsəbəsi, 15-də Edişə, Düdükçü, Çiraquz kəndləri, 16-da Xırmancıq, Ağbulaq, Axullu kəndləri, 20-də Ağcakənd, Mülkidərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir.


Tarixi
Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisi köçəri Azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb. Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olmuşdur. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlıdır. Məntəqə adını ərazidəki Qaranlıq dağından almışdır. Ərazidə eyniadlı çay da vardır. Ermənistan ərazisindəki Martuni rayonunun adı da 1946-cı ilədək Aşağı Qaranlıq olmuşdur.

26 noyabr 1991-ci ildə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km­­², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. 1988-ci ilin fevralından başlayan Qarabağ mühari­bə­sində Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin işğal tarixləri:

Xocavənd rayonunun işğal olunmuş kəndləri

Kənd adı                       İşğal tarixi

Tuğ                               30.10.1991-ci il
Salakətin                       30.10.1991-ci il
Xocavənd                       19.11.1991-ci il
Axullu                           09.01.1992-ci il
Qaradağlı                       17.02.1992-ci il
Muğanlı                           02.10.1992-ci il
Əmiralılar                       02.10.1992-ci il
Kuropatkino                       02.10.1992-ci il
Günəşli                           23.07.1993-cü il
Xətai                           20.08.1993-cü il


Ermənistan tərəfindən işğalın nəticələri
Xocavənd rayonu 1992-ci il oktyabrın ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.

Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.

Ermənistan silahlı qüvvələri 2017-ci il fevralın 24-25-nə keçən gecə böyük strateji əhəmiyyət daşıyan Nərgiztəpəni işğal etmək üçün hücuma keçiblər. Azərbaycan Silahlı Qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.


Coğrafi mövqeyi
Rayon ərazisi Qarabağ silsiləsində yerləşir. Şuşa rayonu ilə sərhəddə Böyük –Kirs (2725 m) zirvəsi yüksəlir, şərqdə maili düzənliklər üstünlük təşkil edir. Yura, tabaşir, Neogen çöküntüləri yayılır.

İqlimi
İnzibati rayonda qışı quraq keçən mülayim-isti iqlim tipi yaranır və şərqdə yayı quraq keçən mülayim- isti iqlim tipi ilə əvəz olunur.Yanvarın orta temperaturu  - 2 °C –dən - 5 °C–yə qədər, iyul da isə 20 °C –dən 24 °C –yə qədərdir. Yağıntıların orta illik miqdarı 400–800 mm-dir.

Daxili sular
Rayonun çaylarıdan Köndələn, İşğan, Qozlu, Quru çayları Araz hövzəsinə aiddir, Həkəri çayının bəzi qolları burdan başlayır.

Landşaft
Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.

Flora
Bitki örtüyündə kolluqlar və enliyarpaq meşələr üstünlük təşkil edir.

Faydalı qazıntıları
üzlük daşı, tikinti daşı və.   


Qəsəbələr / Kəndlər
Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar, Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.


İqtisadi xarakteristikası
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məş­hur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə­vəz­çi­lik­dir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit­kiləri yetişdirilir. Ra­­yon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.