25 oktyabr 1993
Qarabağ adının qara (böyük) və bağ (qədim türk dillərində "el", "tayfa", "soy") sözlərindən ibarət olduğunu ehtimal edənlər üstünlük təşkil edir. Toponimin tərkibindəki bağ sözü Azərbaycan və fars dillərində "bağçılıq” anlamında da işlədilir. Qara sözünün "böyük, nəhəng, rəng, qaranlıq, xalq, qəm, sevinc, yaraşıq, pis, bədbəxt, şimal, başçı, güclü" və s. mənaları məlumdur. Bağ sözü isə "meyvə ağacı əkilmiş sahə, ip, düyün" mənalarında işlədilir.
Davamına Bax17 iyun 1993
Tədqiqatçıların verdikləri Ümumi məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Ağdərə sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Ağdərə toponimi ağ (kiçik", "qısa", "dayaz". "çox da dərin olmayan" və s. mənalarda) və dərə ("çay yatağı", "çayın axdığı yer", "iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə olan uzun, dərin çuxur" və s. mənalarda) komponentlərindən ibarətdir. Toponim "kiçik çay yatağı", "çox da dərin olmayan çuxur" mənalarını ifadə edir.
Davamına Bax23 avqust 1993
Toponimi cabrayıllı türk mənşəli tayfanın adı ilə də əlaqələndirirlər. Tarixi sənədlərə görə, cəbrayıllı tayfası son orta əsrlərdə müvafiq olaraq Qaraqoyunlu və Ağqoyunlu, Qızılbaş və Şahsevən, XVIII əsrdə isə Əfşar və Cavanşir tayfa ittifaqlarının tərkibinə daxil olmuşlar. Əlbəttə, bütün bunlar mövcud siyasi vəziyyətlə əlaqədar baş vermişdir.
Davamına Bax26 fevral 1992
Əsgəran toponimi aski və aran sözlərindən ibarətdir. Əski sözü türk dilində "qədim”, “köhnə” anlamında işlədilir. Əsgaran coğrafi adı XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan ərazidə tikilmişdir. Yerin adı isə, qədim mənbələrdən məlum olan əski (köhnə, qədim"), eləcə də aran (Arran toponimi) komponentlərindən ibarət olub, “köhnə Aran", "qədim Aran", "qədim Arran" mənasındadır.
Davamına Bax8 fevral 1992
Bəzi tədqiqatçıların verdikləri ümumi məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Xocavənd sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Xocavənd toponimini müxtəlif cür izah edən araşdırıcılar var. Oykonimi Xaçabənd ("oda tapınan", "odsevən") sözü ilə də izah edirlər. Xoca sözünün türk dillərində "müəllim, öyrətmən", "dini titul", "tacir" və s. mənaları da var.
Davamına Bax6 Aprel 1993
Kəlbəcər toponiminin mənşəyi və mənası ilə bağlı müxtəlif fikirlər, mülahizələr, baxışlar mövcuddur. Bəzi araşdırıcıların fikrincə Kəlbəcər sözü fars dilində "viranə şəhər" deməkdir. Kəlbəcər oykonimi "yüksək yer", "uca aşırım" mənasındadır.
Davamına Bax31 avqust 1993
Qubadlı oykonimi qubadlı tirəsinin adındandır. 1823-cü ilə aid olan bir mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdır. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi general P.S.Kotlyarevski xidməti müqabilində Hacı Ağalar bəy adlı birinə vermişdir...
Davamına Bax17 may 1992
1924-cü ilin əvvəllərində qəza mərkəzi kimi Abdallar poçtu və Qarikaha kəndinin üstündə, Laçın dağının yamacındakı maili düzənlikdə bu yaşayış məntəqəsinin bünövrəsi qoyulmuşdur. Laçın şəhərinin əvvəlki adı Abdallar olmuşdur. Yaşayış məntəqəsi dağın adı ilə əlaqədar olaraq Laçın adlandırılmışdır.
Davamına Bax8 may 1992
Deyilənə görə, Qarabağ xanı Pənahəli xan bir dəfə Bərdə xanına qonaq olur. O da qonağın şərəfinə ov təşkil edir. Onlar tərifli Qarabağ atlarını minib uca dağlara, sxx meşələrə doğru ova çıxırlar. Bu dağlardan, qayalardan ətrafa tamaşa edən Pənah xan öz-özünə deyir: "Bura nə gözəl yerdir. Buranın nə təmiz, saf, aydın havası var. Yer-yurd elə bil ki, şüşədir. Uzaqdan hər şey ayna kimi parıldayır. Burada bir şəhər salmaq lazımdır".
Davamına Bax------
Tərtər yaşayış məntəqəsi qədimdə burada mövcud olmuş Çaparxana (poçt dayanacağı) əsasında yaranmışdır. Məhz buna görə də o, əvvəllər Çaparxana, sonralar isə sahilində yerləşdiyi Tərtər çayının adı ilə Tərtər adlanmışdır. Rayon ərazisində aparılan arxeoloji qazıntılar bu yerlərin - Tərtər şəhərinin və ona yaxın olan ərazilərin (Borsunlu kəndi və s.) qədim insan məskənləri, yaşayış məntəqələri olmasından xəbər verir.
Davamına Bax25 oktyabr 1993
Qədim coğrafi adlardan hesab edilən Zəngilan toponimi ilə bağlı müxtəlif fikir və mülahizələr mövcuddur. Bəzi araşdırıcıların verdikləri məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Zəngilan sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Tədqiqatçılar Zəngilan oykonimini zəngi etnonimi və məkan bildirən -lan komponenti ilə əlaqələndirir. Zəngilan toponimi "Zəngilərin məskunlaşdığı yer" mənasındadır.
Davamına Bax23 iyul 1993
Ağdam toponiminin izahına müxtəlif prizmalardan yanaşan araşdırıcılar var. Ağdam toponimini əsasən rəng mənasında işlənən ağ komponenti və qədim türk dillərində vaxtilə mövcud olmuş, amma müasir Azərbaycan dilində müvafiq leksik anlamı saxlanılmayan tam/dam ("qala", "qala divarı". "möhkəmləndirilmiş kiçik yer') termini ilə izah edirlər. Bu anlamda toponim "ağ qala", "ağ rəngdə qala divarları". "möhkəmləndirilmiş kiçik ərazi" mənalarını ifadə edir.
Davamına Bax