Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ağdərə (Qarabağda şəhər)


Tədqiqatçıların verdikləri ümumi məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Ağdərə sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Ağdərə toponimi ağ (kiçik", "qısa", "dayaz". "çox da dərin olmayan" və s. mənalarda) və dərə ("çay yatağı", "çayın axdığı yer", "iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə olan uzun, dərin çuxur" və s. mənalarda) komponentlərindən ibarətdir. Toponim "kiçik çay yatağı", "çox da dərin olmayan çuxur" mənalarını ifadə edir.

Ağdərə sadə oykoniminin paralellərinə Azərbaycanın digər rayonlarında da rast gəlirik. Hazırda Xızı rayonunda, Çiğil çayının sahilində Ağdərə kəndi, Şamaxı rayonunun Xilmilli inzibati ərazi vahidində Ağdərə kəndi, eləcə də Tovuz rayonunun Qəribli inzibati ərazi vahidində Ağdərə adlı oykonim mövcuddur. Ağsu və Şamaxı rayonlarının ərazilərində Ağdərə dərasi, Tərtər rayonunun ərazisində Ağdərə dağı, Zəngilan rayonunun İsgəndərbəyli, Sadallı və Şərifan kəndlərinin ərazilərində Ağdərə dərəsi oronimləri məlumdur. Xızı, Ordubad, Şamaxı, Tovuz rayonlarında Ağdərə kəndi, eləcə də Zəngəzur silsiləsinin cənub-qərb yamacında, Ordubad rayonunun Parağaçay inzibati ərazi vahidində Ağdərə qəsəbəsi vardır. 1933-cü ildə indiki Laçın, 1917-ci ildə isə Daşkəsən rayonlarının ərazilərində Ağdərə adlı kəndlər qeydə alınmışdır.

Qərbi Azərbaycan (Ermənistan), Gürcüstan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Əfqanıstan, İran və digər ölkələrin ərazilərində də Ağdərə adlı toponimlərə rast gəlinir...

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: