Əsgəran toponimi aski və aran sözlərindən ibarətdir. Əski sözü türk dilində "qədim”, “köhnə” anlamında işlədilir. Əsgaran coğrafi adı XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan ərazidə tikilmişdir. Yerin adı isə, qədim mənbələrdən məlum olan əski (köhnə, qədim"), eləcə də aran (Arran toponimi) komponentlərindən ibarət olub, “köhnə Aran", "qədim Aran", "qədim Arran" mənasındadır.
Musa Kalanqatlının “Alban tarixi” əsərində bu yerin adı Mets Aran ("Böyük Aran") kimi çəkilir. Mets Aran (Metsaran sözündəki Mets komponenti "böyük anlamını ifadə edir.