Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Kəlbəcər (Qədim Azərbaycan şəhəri)


Kəlbəcər toponiminin mənşəyi və mənası ilə bağlı müxtəlif fikirlər, mülahizələr, baxışlar mövcuddur. Bəzi araşdırıcıların fikrincə Kəlbəcər sözü fars dilində "viranə şəhər" deməkdir. Kəlbəcər oykonimi "yüksək yer", "uca aşırım" mənasındadır.

Toponimi elmi tərəfdən izah etmək istəyən bəzi tədqiqatçılar oykonimin ilkin formasını Kevlicer (Kevliçer) kimi qəbul edib, onu qədim türk dillərində "çay üstündə qala” kimi mənalandırırlar. Bir qisim tədqiqatçılar Kəlbəcər oykoniminin qədim türk dillərindəki kevli və car sözlərindən əmələ gəldiyini bildirirlər. Onlara görə, kevli komponenti "çayın ağzı", "çayın üstü", "mağara”, çer/car/cər hissəciyi isə "qala", "dərə", "yarğan", "əks tərəf" deməkdir. Bu mənada toponimi "çay ağzının əks tərəfi" anlamı kimi də yozmaq olar.

Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də bəzi mütəxəssislər Kəlbəcər toponimini kevil/kəvl və qədim türk diliərində cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kevil sözü fars dilində "magara" deməkdir (azərbaycanlılar bu sözü kühül şəklində işlədirlər). Belə variantda Kəlbəcər toponimini "kühüllu yarğan", "mağaralı yarğan" kimi mənalandırmaq olar.

Bəzi yerli əhali Kəlbəcər toponimini "gəl, becər" kimi izah etməyə çalışırlar. Ümumiyyətlə isə, hələlik bu günədək Kəlbəcər toponimi haqqında yekdil, dəqiq elmi fikir mövcud deyildir.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: