Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şuşa (Respublika tabeliyinində olan qədim Azərbaycan şəhəri)


Şuşa şəhərinin niyə məhz Şuşa adlanması ilə bağlı belə bir toponim-rəvayət də mövcuddur:

- Deyilənə görə, Qarabağ xanı Pənahəli xan bir dəfə Bərdə xanına qonaq olur. O da qonağın şərəfinə ov təşkil edir. Onlar tərifli Qarabağ atlarını minib uca dağlara, sxx meşələrə doğru ova çıxırlar. Bu dağlardan, qayalardan ətrafa tamaşa edən Pənah xan öz-özünə deyir: "Bura nə gözəl yerdir. Buranın nə təmiz, saf, aydın havası var. Yer-yurd elə bil ki, şüşədir. Uzaqdan hər şey ayna kimi parıldayır. Burada bir şəhər salmaq lazımdır".

Belə də olur. Pənah xanın məsləhəti ilə Qarabağın bu yüksək, səfalı, şüşə kimi aydın, təmiz havalı dilbər guşəsində Şuşa şəhəri salınır. Pənahəli xan mühüm hərbi strateji mövqedə yerləşən bu yaşayış məntəqəsinin ətrafına müdafiə divarları çəkdirmiş, oranı abadlaşdıraraq xanlığın mərkəzinə çevirmişdi. Şəhər əvvəllər Pənahəli xanın adı ilə əlaqədar olaraq Pənahabad adlanmışdır. XVIII əsrin ikinci yarısından Şuşanın əhalisi sürətlə artdı. Əhalisi sürətlə artan şəhər xalq arasında ətrafına qala divarları çəkildiyinə görə, Qala adı ilə də tanınırdı.

XVIII əsrin ikinci yarısından şəhərdə yeni-yeni məhəllələr salınırdı. Qısa müddət ərzində iqtisadi, siyasi və mədəni cəhətdən Azərbaycanın ən çox inkişaf etmiş şəhərlərindən birinə çevrilən Şuşada boyaqçı, dəmirçi, zərgər, dərzi, başmaqçı, misgər, papaqçı və s. sənətkar məhəllələri, bir neçə karvansara, bazar, hamam və s. tikildi. XIX əsrin ortalarında Şuşada aşağıdakı məhəllələr olmuşdur: Seyidli, Hacı Yusifli, Dördçinar qurdu. Dördçinar, Uridlər, Çuxurməhlə, Quyuluq, Culfalar, Qazançılı, Əylisli, Mehrili, Dərə, Çiləbörd, Çölqala - aşağı məhəllələr; Qurdlar/Qurtlar, Dəmirçilər, Qutluqçuxur, Köçərli, Mərdinli (Merdinli), Cuhudlar, Saatlı, Qut Mamayı, Təzə məhəllə, Xoca Mərcanlı (Xocamircanlı) və Hamamarası (Hamamqabağı) yuxarı məhəllələr sayılırdı. Şuşa zərbxanasında Panabadi (Pənahabadi) gümüş sikkəsi kəsilirdi. Şuşa tacirləri Təbriz, Tehran, İsfahan, İstanbul, Moskva və başqa şəhərlərə müxtəlif sənətkarlıq məmulatları aparırdılar.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: