Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Tərtər (Qədim Azərbaycan şəhəri)


Tərtər yaşayış məntəqəsi qədimdə burada mövcud olmuş Çaparxana (poçt dayanacağı) əsasında yaranmışdır. Məhz buna görə də o, əvvəllər Çaparxana, sonralar isə sahilində yerləşdiyi Tərtər çayının adı ilə Tərtər adlanmışdır. Rayon ərazisində aparılan arxeoloji qazıntılar bu yerlərin - Tərtər şəhərinin və ona yaxın olan ərazilərin (Borsunlu kəndi və s.) qədim insan məskənləri, yaşayış məntəqələri olmasından xəbər verir.

Tərtər toponimi tərtər etnoniminin adı ilə əlaqədardır. Mənbələrdən aydın olur ki, tərtərlər qıpçaq əsilli türk tayfalarıdırlar. Onlar qədimdən Tərtər çayının sahilində yaşamışlar (Tərtər çayının və tərtər tayfasının adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar olaraq alban tarixçisi M. Kalankatlının "Albaniya tarixi" əsərində qeyd olunmuşdur). Çox güman ki, erkən orta əsrlərdə (III-VII əsrlər) hunların tərkibində Albaniyaya (Azərbaycana gəlmiş tərtərlər bu ərazilərdə məskunlaşmışlar. "Alban tarixi" əsərində həmin ərazidə mövcud olmuş Trtuakan (Tərtərəkan) yaşayış məntəqəsinin adı da çəkilir...

Əksər araşdırıcıların verdikləri məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Tərtər sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Ərəb müəlliflərindən əl-Bələzuri bu toponimi Turtur, Əhməd ibn Asəm əl-Kufi isə Tərtər formasında işlətmişlər. Bəzi tədqiqatçılara görə çay, şəhər və rayon (Tərtər çayı, Tərtər şəhəri, Tərtər rayonu) öz adını qıpçaq tayfa ittifaqına daxil olan tərtər tayfasının adından almışdır. Qədim tərtər etnosunun izlərinə yalnız Qafqaz Albaniyasının deyil. "Dəşti Qıpçaq" xəritəsində də (tertrobiçi şəklində - N.T.) rast gəlirik. Bu barədə ilkin qaynaq sayılan "Polnoye sobraniye russkix letopisey" toplusunda kifayət qədər məlumat vardır...

Rus mənbələrində Tərtər oykonimi Ter-ter kimi də yazılır. Tərtər tayfasına ərəb ləhcəsində tər-tər (sor-sor) deyilmişdir. Ərdəbil mənbələrində Tərtər etnik adı Sur-sur kimi yazılmışdır...

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: