Bəzi tədqiqatçıların verdikləri ümumi məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Xocavənd sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Xocavənd toponimini müxtəlif cür izah edən araşdırıcılar var. Oykonimi Xaçabənd ("oda tapınan", "odsevən") sözü ilə də izah edirlər. Xoca sözünün türk dillərində "müəllim, öyrətmən", "dini titul", "tacir" və s. mənaları da var.
Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xocavənd oykonimi "Xoca nəsli”, “Xoca uşağı", "Xoca törəməsi”, “Xoca tirəsi”, Xocalı nəsli” mənasındadır.
Xoca toponimini kuç etnonimi ilə də bağlayanlar vardır. Toponimin tərkibindəki "vənd" komponenti "törəmə", "nəsil", "tirə", "uşağı" mənasını daşıyır.