Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Zəngilan (Qədim Azərbaycan şəhəri)


Qədim coğrafi adlardan hesab edilən Zəngilan toponimi ilə bağlı müxtəlif fikir və mülahizələr mövcuddur. Bəzi araşdırıcıların verdikləri məlumatlardan aydın olur ki, toponimiyamızda özünə yer almış Zəngilan sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Tədqiqatçılar Zəngilan oykonimini zəngi etnonimi və məkan bildirən -lan komponenti ilə əlaqələndirir. Zəngilan toponimi "Zəngilərin məskunlaşdığı yer" mənasındadır.

Azərbaycan ərazisində qeydə alınan qədim yaşayış məskənlərindən biri də Zəngixan olmuşdur. VII əsrə aid olan bir mənbədə Xudafərin körpüsü yaxınlığında Zəngixan şəhərinin adı çəkilir. Bu yaşayış məntəqəsinin yeri dəqiq müəyyənləşdirilməyibdir. Bəzi araşdırıcılar Zəngixan oykonimini Zəngilan yaşayış məntəqəsi ilə eyniləşdirirlər...

Zəngilan oykonimi haqqında XIII əsr mənbələrində kifayət qədər məlumatlar verilir. V.F.Minorski və D.D.Paqirev göstərirlər ki, X əsrdə - Şəddadilər dövlətinin mövcudluğu zamanı Zəngilan ərazisində bəzi kürdlər də yaşamışdır.

Hazırda İranın cənub-qərbində yaşayan bəxtiyarlı tayfasının tirələrindən birinin adı zəngi adlanır...

Zəngilan toponimi haqqında müxtəlif fikir və mülahizələr vardır. VII əsrə aid olan bir tarixi mənbədə Xudafərin körpüsü yaxınlığında adı çəkilən Zəngixan yaşayış məntəqəsinin indiki Zəngilan olması haqqında fikirlər mövcuddur. Zəngilan toponiminin zəngi" etnonimindən törəndiyini söyləyən araşdırıcılar da var. Mənbələrdə zəngi adli tayfanın da olduğu məlumdur. Bəzi tədqiqatçılar Zəngilan toponimini qızılbaşların tərkibinə daxil olmuş zəngənə tayfasının adı ilə də əlaqələndirirlər. Zəngənələrin Elxanilər tərəfindən Türkmənistandan İrana köçürülmələri və onların qədim türk tayfalarından olmaları haqqında tarixi mənbələrdə kifayət qədər
məlumatlar vardır. Səfəvilərin hakimiyyəti zamanında zəngənələr xüsusilə çox geniş ərazilərdə yayılmışdılar. Hazırda zəngənələr əsasən İraqın Küfri, Samux və İbrahimhacı kəndlərində, eləcə də İranın Luristan əyalətində yaşayırlar. Bu tayfa bir çox Şahsevən birliklərinə qarışmış, yad mühitə düşərək, hətta, dillərini də dəyişmişlər. Son orta əsrlərdə Zəngi tayfalarına mənsub olan ailə və nəsillər müxtəlif ərazilərə səpələnmişlər. Tarixdən o da məlumdur ki, vaxtilə İranda bəxtiyarlı tayfalarından biri zəngi adlanmışdır.

Yaşayış məntəqəsi kimi Zəngilan coğrafi adı XIV əsrdən məlumdur. XIV əsrdə Kirokos Qanzaketsi özünün "Tarix" əsərində coğrafi məkan kimi Zəngilan yaşayış məntəqəsinin adını çəkmişdir. Zəngilan adı çox maraqlı mənşəyə malik olan bir coğrafi addır.

Zəng (səng) komponentini qədim fars dilində "daşlı qaya" kimi mənalandırırlar. Zanq (sang) fars dilində "tək daş, təpə" deməkdir. Zəngilan toponimindəki lan komponenti "məskən, makan, yer" mənasını ifadə edir. Qədim şərq dillərinin birində zən termininin "təzə, yeni" mənası da vardır.

Belə bir ehtimal da vardır ki, Zəngilan sözü orta əsrlərdə dağıdılmış Gilan şəhərindən köçənlərlə bağlıdır. Məlumatlara görə, Gilandan köçən bir tayfa indiki Zəngilan ərazisinə gəlib burada məskunlaşmışlar. Onlar bir-birinə müraciətlə: "Sən gilanlı?” - deyərmişlər. Bu ifadə sonralar azacıq dəyişikliyə məruz qalmışdır. Belə ki, S-Z hərf əvəzlənməsi ilə Zəngilan sözü formalaşmışdır...

Zəngilan adı ilə bağlı daha bir ehtimal da ilan sözü ilə əlaqələndirilir. Guya bu ərazilərdə zəng cingiltisinə oxşar səslər çıxaran ilanlar (zəngli ilanlar) olduğu üçün oykonim belə ad almışdır.

Başqa bir fikrə görə, Zəngilan sözü Zəngalan termini ilə bağlıdır. Belə ki, qədim İpək Yolunun üzərində yerləşən Zəngilan yaşayış məntəqəsini əvvəllər Zəngalan adlandırarmışlar. Alan türk sözü "ərazi, sahə" anlamı ifadə edir. Bu mənada Zəngilan toponimi "zəngin ərazi", "məhsuldar sahə" anlamına uyğun gəlir. Bəzi yerlilər indi də oykonimi Zəngalan kimi tələffüz edirlər.

Zəngilan toponimi "zəngilərin məskəni, yaşadıqları yer" kimi mənalandırılır. Zəngi etnonimi ilə bağlı Azərbaycanda çoxlu sayda toponimlər mövcuddur: Zəngi çayı (İsmayıllı rayonu), Zəngi çayı (Qərbi Azərbaycan - ermənilər indi onun adını dəyişib Hrazdan qoymuşlar), Zəngəzur silsiləsi (Azərbaycanla Ermənistan sərhədində yerləşir), Zəngəna kəndi (Sabirabad rayonu), Zəngələ kəndi, Zəngəran kəndi (Yardımlı rayonu), Zəngibasar (Qərbi Azərbaycan). Zəngişalı kəndi (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu) və s.

Sayt Haqqında

Bu veb-saytda Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı rayonlarda düşmənin milli-mədəni irsimizə qarşı törətdiyi müxtəlif cinayət faktları ilə tanış ola bilərsiniz.


Dili Dəyiş

(c) 2020 ngoccupiedculture.az - All rights reserved.

A PHP Error was encountered

Severity: Notice

Message: fwrite(): write of 106 bytes failed with errno=122 Disk quota exceeded

Filename: drivers/Session_files_driver.php

Line Number: 265

Backtrace:

A PHP Error was encountered

Severity: Warning

Message: session_write_close(): Failed to write session data using user defined save handler. (session.save_path: /var/cpanel/php/sessions/ea-php74)

Filename: Unknown

Line Number: 0

Backtrace: